Haqqımızda

Bu dillərdə də var հայերեն, Deutsch, ქართული

Konrad Adenauer Fonduna xoş gəlmişsiniz!

Azadlıq, ədalət və yekdillik Konrad Adenauer Fondunun (KAS) işinin əsas prinsipləridir. KAS Almaniyanın Xristian Demokrat İttifaqına (CDU) yaxın olan siyasi fonddur. CDU-nun həmtəsisçisi və Almaniyanın ilk federal kansleri olmuş Konrad Adenauer (1876-1967) xristian-sosial, mühafizəkar və liberal ənənələri bir arada birləşdirib.

Onun adı Almaniyanın demokratik şəkildə yenidən birləşməsi, transatlantik dəyərlər cəmiyyətində xarici siyasətin möhkəmlənməsi, Avropanın birlik imici və sosial bazar iqtisadiyyatına istiqamətlənməsi ilə bağlıdır. Onun mənəvi irsi bizim işimiz və vəzifəmizdir. Beynəlxalq əməkdaşlığımızla biz insanların azad və ləyaqətlə yaşaya bilməsini dəstəkləyirik. Biz dəyərli töhfə veririk ki, Almaniya özünün dünyada artan məsuliyyətini yerinə yetirsin.

Biz insanları bu mənada gələcəyi birgə qurmaq üçün hərəkətə gətirmək istəyirik. Dünyadakı 70 büro və 120 ölkədəki layihələrimizlə demokratiyanın, hüquqi dövlətçiliyin və sosial bazar iqtisadiyyatının sürətlənməsinə öz töhfəmizi veririk. Sülhü və azadlığı təmin etmək üçün biz qurucu xarici siyasi və təhlükəsizlik siyasi dialoqu, habelə mədəniyyətlər və dinlərarası mübadiləni dəstəkləyirik.

Bizim üçün insan özünün əvəzedilməz ləyaqəti, hüququ və vəzifələri ilə mərkəzdə dayanır. Bizə görə o, sosial ədalətə, azad demokratiyaya və davamlı iqtisadiyyata çıxış nöqtəsi yaradır. Özlərinin ictimai məsuliyyətini qəbul edən insanları bir araya gətirdiyimiz zaman biz siyasətdə, iqtisadiyyatda və cəmiyyətdə fəal şəbəkələr inkişaf etdiririk. Bizim siyasi elm menecmentliyimiz qloballaşmanı sosial cəhətdən ədalətli, ekoloji cəhətdən davamlı və iqtisadi cəhətdən işlək şəkildə formalaşdırmaq üçün imkanları daha da yaxşılaşdırır.

Tərəfdaşlıq baxımından dövlət qurumları, partiyaları, vətəndaş cəmiyyəti təşkilatları, habelə seçilmiş ziyalılar ilə əməkdaşlıq edirik. Biz xüsusən inkişaf siyasətində məqsəd və dəyərlərimiz vasitəsilə gələcəkdə də siyasi əməkdaşlığımızı regional və qlobal baxımdan dərinləşdirmək istəyirik. Öz tərəfdaşlarımızla birgə hər ölkə üçün azad və məsuliyyətli inkişafı mümkün edən beynəlxalq düzənə təsir edirik.

Konrad Adenauer Fondunun Tbilisidəki regional bürosu Bakıdakı / Azərbaycan və İrəvandakı / Ermənistan əlaqələndirici büroları ilə birgə Cənubi Qafqazdakı layihələrə rəhbərlik edir. Burada Cənubi Qafqazda Siyasi Dialoq üzrə regional proqramı, xüsusən də siyasi təhsilə yönəlik Aİ-nin də maliyyələşdirdiyi "Democracy Starts With You" layihəsini xatırlatmaq yerinə düşər.