Xəbərlər
Səhifə 3
Mühazirə
Almaniya və Gürcüstanda hərbi islahat
KAS və Gürcüstan Atlantika Şurası tərəfindən birgə təşkil edilmiş "Almaniya və Gürcüstanda hərbi islahat" adlı tədbirdə Müdafiə Nazirliyinin müavini Nodar Karşiladze və Thomas Kossendey, millət vəkili, Federal Müdafiə Nazirliyinin Parlamentar dövlət katibi çıxış etdi.
Təlim
Seçki hesabatı
İrəvanda DW Akademiyası ilə birgə həyata keçirilən təlim zamanı jurnalistlər hesabat və müsahibə aparma haqqında təlimatlandırıldı. Müxtəlif siyasi partiyaların yüksək vəzifəli siyasətçiləri təlim sessiyalarına cəlb olunaraq, jurnalistlər və siyasətçilər arasında birbaşa mübadilə imkanı əldə edildi.
Bərpa olunan enerjidən istifadə - Cənubi Qafqazda çətinliklər və imkanlar
01-02 mart, 2012 -ci il tarixində Cənubi Qafqazda bərpa olunan enerjinnin istifadəsinə dair ilk regional konfrans keçirildi. Konfransda hökumət nümayəndələri, biznes sektoru, QHT-lər və beynəlxalq təşkilatlar iştirak etdi. Baş sözçü Cənab Yürqen Kaynhorst, Federal Ətraf Mühit Nazirliyinin rəhbəri bərpa olunan enerji haqqında Almaniya təcrübəsindən danışdı.
KAS "Gənclərlə iş" sahəsinə verdiyi töhfəyə görə mukafatlandırıldı
Ermənistanın baş naziri Tigran Sargsyan KAS-a "Haykyan mükafatı" nı təqdim etdi. Bu mükafat Ermənistan Respublikasının Gənclər Fondu tərəfindən gənc nəslin inkişafına göstərilmiş xüsusi xidmətlərinə görə milli və beynəlxalq təşkilatlara təltif edilmişdir. Konrad Adenauer Fondunun builki işi yüksək qiymətləndirildi.
Təlim
Partiyaların təqdimatı
Tsaxkadzorda keçirilən " Partiyalarla iş: İdarəetmə və kommunikasiya" adlı iki seminardan birincisi Ermənistanın 50 gənc siyasətçisini bir araya gətirdi. Gənc siyasətçilərə yerli partiyaların iş mexanizmi ilə vətəndaş iştirakını artırmaq üçun strateji planlaşdırma və kommunikasiya üzrə təlim keçildi.
Dialoq seriyası: Dövlət və kilsə
Dini icmalar arasında eləcə də, dövlət və kilsə arası münasibətlər Gürcüstanda ictimai-siyasi əhəmiyyətli məsələdir. Dini icmalar və dövlət qurumunun nümayəndələri Konrad Adenauer Fondunun dəvəti ilə dialoq seriyasına aid ilk tədbirdə bir araya gəlmiş və dini icmaların statusu mövzusunu birgə müzakirə etmişlər.
Parlamentlə əməkdaşlıq
Yanvar ayının 16-sı Ermənistan Milli Məclisinin prezidenti Samvel Nikoyan Konrad Adenauer Fondunun Regional Proqramının rəhbəri Dr. Canan Atilqanı qəbul etdi. Cənab Nikoyan KAS-ın Ermənistandakı fəaliyyətini yüksək qiymətləndirdi. Söhbət zamanı Milli Məclis ilə Konrad Adenauer Fondu arasında sıx əməkdaşlıq üçün imkanlar müzakirə olundu.
Seminar
Cənubi Qafqaz müstəqillik qazandıqdan 20 il sonra
Siyasi və iqtisadi tranformasiya, təhlükəsizlik problemləri, enerji və ətraf mühit, Avropa inteqrasiyası Cənubi Qafqazdan olan Think Tank nümayəndələrinin məşğul olduğu mövzular idi. Seminar zamanı, regional əməkdaşlıq üçün konkret layihələr müəyyən edildi.
Yay məktəbi
Xarici siyasət və təhlükəsizlik siyasəti
Bu il oktyabr ayının 13-də keçirilən "Xarici siyasət və Təhlükəsizlik siyasəti" yay məktəbi müvəffəqiyyətlə başa çatdı. Azərbaycan, Ermənistan və Gürcüstandan olan 36 gənc siyasətçi qərarvermə və danışıqların aparılması haqqında təlimatlandırıldı. Siyasi yay məktəbi iştirakçıların təkmilləşdirilməsinə və həmçinin regional mübadiləyə imkan yaratdı.
Ekspertlər paneli
“NATO- nun Yeni Strateji Konsepsiyasi və Genişlənməsi “
2008-ci ildən Gürcüstan NATO-ya daxil olmaq üçün səy göstərir. O zamandan Gürcüstanda İttifaqın ziddiyyətli bəyanatları mövcuddur. Prof. Carlo Masalanın nazirliklər, təhlükəsizlik şurası, Parlament və Think Tank nümayəndələri ilə KAS tərəfindən təşkil olunmuş ekspertlərin görüşündə NATO-ya üzv olma perspektivləri müzakirə edildi.