Xəbərlər

Səhifə 4

13 oktyabr 2011
Canan Atilgan im Parlament

Söhbət

Parlamentlə əməkdaşlıq

Gürcüstan Parlamentinin prezidenti Davit Bakradze Regional Proqramın rəhbəri Dr. Canan Atilganı qəbul etdi. O, Konrad Adenauer Fondunun Cənubi Qafqazdakı fəaliyyəti haqqında məlumatlandırıldı. Görüşdə həmçinin KAS Parlamentin məsləhətini tədqiq etmək imkanı əldə etdi.

9 iyun 2011

"Avropa birliyində dövlət və kilsə"

Konrad Adenauer Fondu və „ 21 Century“ Birliyi hüquq elmləri üzrə mütəxəssis Gehard Robbersin „Avropa Birliyində dövlət və kilsə„ adlı kitabının tərcümə edilməsi ilə birgə layihəyə imza atdı. daha çox…

10 fevral 2011
Katja Christina Plate, Leiterin der KAS Südkaukasus wurde mit der Ehrenmedaille der Georgischen Christdemokraten (CDM) ausgezeichnet.

CDM Konrad Adenauer Fondunun proqram rəhbərini şərəf medalı ilə mükafatlandırdı

Cənubi Qafqazda Siyasi Dialoq üzrə Regional Proqramın rəhbəri Katja Kristina Plate Gürcüstanın Xristian Demokratik Hərəkatının (CDM) sədri Giorgi Tagamadze tərəfindən CDM-in şərəf medalı ilə təltif edildi. Təqdimetmə törəni CDM yaranmasının 3-cü ili münasibətilə 8 fevralda keçirilmişdir.

2 fevral 2011

Tədbirin xülasəsi

Demokratiya təkcə kitablardan öyrənilmir!

Aİ-nın maliyyələşdirdiyi „Democracy Starts with You!“ layihəsi çərçivəsində Konrad Adenauer Fondu (KAS)öz tərəfdaşları - Niderlandın Eduardo Frei Fondu və Cənubi Qafqazdakı „Schools for Political Studies“ ilə birgə Azərbaycan, Ermənistan və Gürcüstanın 60 məktəbində 1.800 şagirdlə simulasiya oyunu həyata keçirir: Hər bir sinif özünün siyasi gündəliyini hazırlayır və Cənubi Qafqaz Gənclər Parlamenti üçün öz nümayəndəsini seçir. Daha ətraflı buradan oxuya bilərsiniz... daha çox…

26 yanvar 2011

Tədbirin xülasəsi

Demokratiyanın iti qələmə ehtiyacı var!

Konrad Adenauer Fondu oktyabr,noyabr və dekabr aylarında Cənubi Qafqazın hər üç ölkəsində jurnalistlər və siyasətçilər üçün "Siyasi kommunikasiya" mövzusunda seminar keçirdi. Deutsche Welle - Akademiyasının təlimçilər azər, gürcü və erməni jurnalist və siyasətçiləri mətbuat açıqlamasının hazırlanmasında, müsahibənin aparılması və mətbuat konfransında iştirak qaydaları barədə təlimləndirdi. Daha ətraflı tədbirdən hazırlanmış xülasədə oxuya bilərsiniz! daha çox…

27 dekabr 2010

Nəşr

Bioetik Məkan və Zamanda İnsan

Gürcü ortodoks kilsə patriarxının görkəmli bioetikeri Archimandrit Adam kilsənin bioetik məsələlərə baxışlarını anlatan "A Human Being in Bioethical Space and Time" adlı kitab hazırlayıb. Kitab üç dildə (gürcücə, rusca və ingiliscə) dərc olunduğundan gürcü ortodoks kilsəsi ilə bioetik məsələlərə dair beynəlxalq dialoqa imkan yaradır. daha çox…

24 dekabr 2010
Weihnachtskarte

Yeni il təbriki!

Konrad Adenauer Fondunun Cənubi Qafqaz komandası bütün dostlarına uğurlu il arzulayır! Lütfən, nəzərə alın ki, bürolarımız bayram günləri açıq olmayacaq. 15 yanvardan sonra həmişə olduğu kimi biz sizin üçün burda olacağıq!

23 dekabr 2010

"Democracy Starts with You!"

180 müəllim siyasi təhsilin metodları üzrə uğurla təkmilləşdi

Aİ-nin maliyyələşdirdiyi „Democracy Starts with You!“ layihəsi çərçivəsində Konrad Adenauer Fondu öz tərəfdaşları ilə birgə Azərbaycan, Ermənistan və Gürcüstandan olan 180 müəllimi siyasi təhsilin yeni metodları üzrə təkmilləşdirdi. Bu barədə daha ətraflı tədbirlər haqqında məqalə rubrikasından oxuyun. daha çox…

14 dekabr 2010

DSWY

Azərbaycanda siyasi təhsil metodları üzrə müəllimlər üçün təlimə start verildi

13 dekabr 2010-cu il tarixində Aİ-nin maliyyələşdirdiyi „Democracy Starts with You!“ layihəsi çərçivəsində müəllimlər üçün təlimə start verildi. Konrad Adenauer Fondunun Cənubi Qafqazdakı Proqram rəhbəri Katja Christina Plate, Təhsil Nazirliyindən Xanım Sevil Məmmədova, Aİ nümayəndəliyindən Manfredas Limantas və Bakı Siyasi Biliklər Məktəbindən Sabit Bağırovla birgə təlimin açılışını etdi. daha çox…

5 dekabr 2010

III. CƏNUBİ QAFQAZ TƏHLÜKƏSİZLİK FORUMU

2-3 dekabr 2010 tarixində Konrad Adenauer Fondu Bakıda öz tərəfdaşları ilə birgə "III. Cənubi Qafqaz Təhlükəsizlik Forumu"nu keçirdi. ABŞ, Aİ, Rusiya, Türkiyə və Cənubi Qafqazdan olan 30-a yaxın ekspert 200 konfrans iştirakçısı ilə Avropa Qonşuluq Siyasətinin və xüsusən Şərq Tərəfdaşlığının Azərbaycan və Aİ münasibətləri üçün əhəmiyyətindən danışdı və müzakirə etdi. daha çox…