Xəbərlər
Səhifə 5
"Democracy Starts with You!"
600 gürcü şagirdi iş başında!
Aİ-nin maliyyələşdirdiyi „Democracy Starts with You!“ layihəsi çərçivəsində 20 gürcü məktəbində aktual Workshop keçirildi. Üç mərhələli simulasiya oyununun birinci hissəsi müzakirə edildi: Şagirdlər siyasi gündəlik işləyib hazırladılar və bir nümayəndə seçdilər. İkinci mərhələdə Azərbaycan, Ermənistan və Gürcüstandan olan üç nümayəndə Cənubi Qafqaz şagirdlərinin birgə deklarasiyasını hazırlayacaqlar. Üçüncü mərhələdə isə bunun Brüsseldə təqdimatı keçiriləcək.
Övladlarının dünyaya gəlməsi münasibəti ilə Şorena Qaribaşvili və Bidzina Lebanidzeni təbrik edirik!
9 sentyabr 2010-cu il tarixində balaca Mariam anadan oldu. Konrad Adenauer Fondunun Cənubi Qafqaz komandası bu gəncləşməyə sevinir. Biz valideynlər Şorena Qaribaşvili və Bidzina Lebanidzeni təbrik edirik!
Berlində 1-ci Avropa müzakirələri
Van Rompuy Avropanı cəsarətləndirir
Avropa Şurasının prezidenti Herman Van Rompuy 800 dinləyici qarşısında özünəgüvənən və güclü Avropanı reklam etmək üçün birinci Avropa müzakirələrində iştirak etdi. Konrad Adenauer Fondu bu müzakirələrin təşəbbüsçülərindən idi.
Araşdırma
Avropanın birləşməsinə dair baxışlar
Seçki və partiya tədqiqatları üzrə koordinator Dr. Viola Neu „Avropanın birləşməsinə dair baxışlar“ adlı maraqlı araşdırma hazırlayıb(almanca). Burada söhbət almanların Avropa İttifaqına yönəlik prinsipial mövqeyindən gedir. Bundan başqa Avropa siyasətinə və qonşu ölkələrə olan maraqlar, Aİ üzvlüyünün prinsipial dəyərləndirməsi, habelə Avropa siyasətində alman partiyalarının töhfəsi araşdırılıb. Araşdırmadan əldə edilən nəticə: CDU hələ də Almaniyanın Avropa partiyasıdır.
Konrad Adenauer Fondu Avropa Birliyi ilə birgə maliyyələşdirdiyi "Demokratiya səninlə başlayır!" layihəsi üçün vebsayt/IT koordinator vəzifəsinə vakansiya elan edir.
Konrad Adenauer Fondunun Cənubi Qafqazdakı Tbilisi ofisi Avropa Birliyi ilə birgə maliyyələşdirilən "Demokratiya səninlə başlayır!" layihəsi üçün vebsayt/IT koordinatoru axtarır. Bu vəzifədə iş saatı yarım iş günüdür. 28.09.2010 ərizələrin son təqdimedilmə tarixidir. İşin detalları ilə burada tanış ola bilərsiniz.
Avropada maliyyə və iqtisadi böhranının aktual nəticələri barədə müzakirələr
Beynəlxalq maliyyə və iqtisadi böhran göstərdi ki, avrozonada iqtisadi siyasətin və büdcə siyasətinin daha yaxşı koordinasiyası da ümumi valyutanın davamlı sabitliyi üçün bağışlanılmaz durum yaradır. Bu istiqamətdə Avropa Birliyinə üzv olan bir çox ölkələrdə Avropaya interqrasiya prosessinin gələcəyi barəsində debatlar oldu. Daha ətraflı buradan oxuyun: "Avropada maliyyə və iqtisadi böhranının aktual nəticələri barədə müzakirələr"
Tədbirdən xülasə
"Gəlin, siyasətlə məşğul olaq" - Kitab təqdimatı
Cənubi Qafqazda Siyasi Dialoq üzrə Regional Proqram 17 iyun 2010-cu il tarixində özünün „Gəlin siyasətlə məşgul olaq„ adlı yeni nəşrini Tiflisdə (Gürcüstan) Avropa evində təqdim etdi. Cənibi Qafqazda Siyasi Dialoq üzrə Regional Proqram “Gəlin, siyasətlə məşğul olaq“ nəşri ilə Gürcüstandakı demokratik partiya sturukturlarının möhkəmlənməsini vurğulayır. Tədbir haqqında daha ətraflı buradan oxuya bilərsiniz.
Ermənistan Prezidenti Konrad Adenauer Fondunda qonaq olub
Berlində Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan siyasi münaqişələri yeni güvənlə həll etmək üçün Cənubi Qafqazdakı bütün ölkələrin iqtisadi əməkdaşlığının olmasını elan etmişdir: „Uzunmüddətli və sabit həll iqtisadi əməkdaşlıqla mümkündür.“ Bütün tərəflərin - tərəfdaş ölkələrin, regional liderlərin, sərmayəçilərin - maraqları nəzərə alınarsa, bu, "xaos yaratmaq üçün olan cəhdi" dayandıra bilər.
Dəvətnamə
Kitab təqdimatı: "Gəlin, siyasətlə məşğul olaq"
Cənubi Qafqazda Siyasi Dialoq üzrə Regional Proqram 17 iyun 2010-cu il tarixində "Gəlin, siyasətlə məşğul olaq" adlı kitabını təqdim edəcək.
Ölkə haqqında yeni xəbər
Bələdiyyə seçkiləri
Bazar günü, 30 may 2010-cu il tarixində həm Tbilisinin meri seçildi, həm də ölkə üzrə bələdiyyə seçkiləri keçirildi. Gürcüstanın paytaxtı Tbilisidə keçirilən bələdiyyə seçkilərində 55,23% səs çoxluğu ilə əvvəlki mer Qiqi Uqulava („Birləşmiş Milli Hərəkat“) qalib gəldi. Beləliklə, Prezident Saakaşvilinin „Birləşmiş Milli Hərəkat“ı bələdiyyə sahəsində ölkə üzrə ən güclü olaraq qalır. Bu haqqda daha ətraflı oxuyun.