NATO – 60 il sülh və demokratiyanın qarantı

Bundestaqın deputatı Dr. Karl A. Lamerslə Bakıda konfrans

Bu dillərdə də var Deutsch, ქართული, հայերեն

9 mart 2010-cu il tarixində Konrad Adenauer Fondu və Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyası Bakıda “NATO – 60 il sülh və demokratiyanın qarantı” adlı konfrans təşkil etdi. Tədbirdən hazırlanmış qısa xülasəni oxuya bilərsiniz.

Bundestaqın deputatı və Atlantik Müqavilə Assosiasiyasının prezidenti Dr. Karl A. Lamers giriş sözünü NATO-nun sülhün və təhlükəsizliyin qorunması üçün bura qədərki, hazırkı və gələcək rolundan bəhs edərək açdı. Eyni zamanda Azərbaycan, Gürcüstan, Almaniya, Rumıniya və Türkiyədən olan mütəxəssislər Cənubi Qafqaz ölkələri və NATO arasındakı əməkdaşlığın necə inkişaf etdirilməsi mövzusundan danışdılar. Konfrans NATO-nun tərəfdaş ölkələrdə təhlükəsizlik sektorunda islahatlar apararaq demokratiyaya daha çox necə töhfə verə biləcəyi ətrafında müzakirələrlə başa çatdı. Azərbaycan, Yunanıstan, İtaliya və ABŞ-dan olan iştirakçılar bu mövzuda məruzə ilə çıxış etdilər.

“The future belongs to those, who give the next generation a reason for hope.”

Bundestaqın deputatı Dr. Lamers öz çıxışını Pierre Teilhard de Chardinin bu sitatı ilə davam etdi. O, xatırlatdı ki, NATO son onilliklərdə necə dəyişib və həmin dövrün tələblərinə uyğunlaşıb.

NATO hərbi müdafiə ittifaqının bloklaşması və Şərq-Qərb münaqişəsi düşüncəsindən ayrılaraq təhlükəsizlik birliyinə çevrilmişdir. Dəmir səddin dağılması, Balkanlarda və Qafqazda zorakılıqla gedən müharibələr, habelə 11 sentyabrla bilavasitə bağlı olan beynəlxalq terrorizm bu mübarizənin əsas istiqamətləridir. Eyni zamanda dövlətin dağılması, suyun çirklənməsi, iqlim dəyişikliyi və kiber terrorizm kimi bir sıra məsələlər NATO qarşısında bu gün də duran təhlükəsizlik təminatının bir hissəsidir.

NATO təhlükəsizliyin, sülh və sabitliyin qarantından demokratiya və hüquqi dövlətçiliyin simvoluna çevrilmişdir.

Cənubi Qafqazda NATO-nun rolu intensiv müzakirə edilir: Azərbaycan NATO ilə sıx tərəfdaşlıq etməyi arzulayır, Gürcüstan isə tezliklə NATO-nun üzvü olmaq istəyir. Hər iki ölkə üçün NATO-ya məqsədəuyğun yaxınlaşma onların Qərbin siyasi dəyərlərinə oriyentasiyasının ifadəsidir. Həmçinin Konrad Adenauer də 60 il əvvəl Qərbə yönəlik siyasəti dəstəkləmişdir və Almaniya Federativ Respublikasını NATO-ya gətirib çıxarmışdır. Qərbi Almaniyanın demokratiya və hüquqi dövlətçiliyə dair o zamankı inamı bu gün Cənubi Qafqazda siyasətin formalaşması üçün tövsiyə kimi xarakterizə olunur.

Sırada nə olacaq?

Konrad Adenauer Fondu Cənubi Qafqazda xarici və təhlükəsizlik siyasəti mövzuları ətrafında dialoq aparır. KAS Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birgə payızda buna müvafiq konfrans təşkil edəcək.

tərəfindən

Katja Christina Plate

Seriya

tədbirdəki məqalələr

dərc olunub

Azerbaijan, 14 mart 2010