Kitab təqdimatı: “Gəlin, siyasətlə məşğul olaq!”

Tədbirdən məqalə

Bu dillərdə də var Deutsch, ქართული, հայերեն

Cənubi Qafqazda Siyasi Dialoq üzrə Regional Proqram 17 iyun 2010-cu tarixində Tiflisdə (Gürcüstan) „Gəlin siyasətlə məşgul olaq!„ adlı nəşrini Avropa evində təqdim etdi. Tədbir haqqında daha geniş buradan oxuya bilərsiniz.

Konrad Adenauer Fondu (KAS) Almaniyada və dünyanın 120-dən çox ölkəsində demokratiyanın, siyasi inkişafa dair müxtəlif tədbirlər vasitəsilə azadlığın və hüquqi dövlətçiliyin inkişafına dəstək verir. “Gəlin siyasətlə məşğul olaq!“ nəşri ilə Cənibi Qafqazda Siyasi Dialoq üzrə Regional Proqram Gürcüstandakı demokratik partiya strukturlarının möhkəmlənməsinə dəstək verir.

KAS sevinir ki, o, özünün kitab təqdimatında 17 İyun 2010 – cu ildə təxminən 100 qonağını Tiflisdə Avropa evində salamlaya bildi. Cənubi Qafqazda Siyasi Dialoq üzrə Regional Proqramın rəhbəri Katya Kristina Platenin qısa çıxışından və İncəsənət Akademiyasının qrafik dizayneri Otar Karalaşvilinin təqdimatından sonra qonaqlara kitabla tanış olmaq fürsəti verildi. 40 səhifəlik kitabın məzmunu və gürcü tələbələrin ustalıqla işlədiyi qrafika tədbirin diqqət mərkəzində oldu.

2009-cu ilin əvvəllərində gürcü partiyalarından biri kənd regionlarında passiv partiya üzvlərini necə fəallaşdırmaq olar sualı ilə KAS-a üz tutdu. Bununla bağlı KAS Bundestaqın deputatı Xanım Suzanna Yaffke - Vitt ilə seminarlar təşkil etdi. O, bu suallara cavab tapmaqda kömək etdi. Bu seminar çərçivəsində hətta iştirakçılardan ibarət kiçik bir çevrənin də əldə edilməsinə nail olundu. Əldə edilən biliklərin kağız üzərində əks etdirilməsi KAS-dan xahiş olundu. İlk addımda 14 səhifəlik mətn ərsəyə gəldi.

Bu mətndən „Gəlin, siyasətlə məşğul olaq!” adlı nəşri hazırlamaq üçün çox vaxt tələb olunurdu. Məqsəd rəfdə toz tutan ”sözyığımı”nı cap etdirməkdən ibarət deyildi. Bu zaman KAS grafik – dizayner Otar Karalaşvili və onun tələbələri ilə birgə yeni bir konsepsiya hazırladı: İlkin 14 səhifəlik mətn 48 hissəyə bölundü. Tələbələr bütün məlumat hissələrinə şəkil yerləşdirdilər. Hər bir səhifəyə məzmuna uyğun olaraq şəkil yerləşdirilib və onlar bir-birindən fərqlənir. Beləcə gənc və yaşlı nəslin vərəqləməsinə və oxumasına həvəs oyadan rəngarəng nəşr ərsəyə gəldi. “Gəlin, siyasətlə məşğul olaq! ” əvvəlldən sona və ya əksinə oxuna bilər. Kitab müasir dizayn ilə siyasi məzmun arasında körpünun yaranmasına nail olacaq.

„Gəlin, siyasətlə məşğul olaq!“ Gürcüstanda partiya strukturlarının möhkəmlənməsinə töhfə verir. Mövzular məzmunca demokratiyanın əsaslarını, demokratik cəmiyyətdə partiyaların funksiyalarını, demokratik partiyalar daxilində üzvlərin rolunu və cəmiyyətdə partiya işlərinin imkanlarını əhatə edir. Hazırda KAS kitabı Gürcüstandakı partiyalara, Qeyri Hökumət Təşkilatlarına və kitabxanalara yollayır.

tərəfindən

Katja Christina Plate

Seriya

tədbirdəki məqalələr

dərc olunub

Georgia, 28 iyun 2010